Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
# 24 mart 2020 13:15 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 20,1 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% çoxdur.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövrü ölkədə avtomobil nəqliyyatı ilə 270,4 mln. sərnişin daşınıb ki, bu da 1,6% artım deməkdir.

Məlumata əsasən, sərnişinlərin 96,3% avtobus, 3,7% isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,5%, sərnişin dövriyyəsi isə 1,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR