Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb
# 16 oktyabr 2020 15:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtomobil nәqliyyatı ilә 83 mln. ton yük, 859,9 mln. sәrnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 26,7% vә 34,5% azalma qeydә alınıb.

Sәrnişinlәrin 96,3%-i avtobus, 3,7%-i isә minik taksilәrinin xidmәtlәrindәn istifadә edib, yük dövriyyәsi 48%, sәrnişin dövriyyәsi isә 29,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR