Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb
# 18 noyabr 2020 12:31 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 91,9 mln. ton yük, 943,1 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 27% və 36% azalma qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR