Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 74,1 mln. ton yük, 777,7 mln. sərnişin daşınıb

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 74,1 mln. ton yük, 777,7 mln. sərnişin daşınıb
  • Clock-gray 16:49
  • calendar-gray 15 Sentyabr 2020

Azərbaycanda yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 74,1 mln. ton yük, 777,7 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişindaşımalarda müvafiq olaraq 26,9% vә 32,3% azalma qeydə alınıb.

Məlumata əsasən, hesabat dövrü sərnişinlərin 96,3% avtobus, 3,7% isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər