Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 21% azalıb

Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 21% azalıb
  • Clock-gray 17:20
  • calendar-gray 17 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 4 875,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 20,7% azdır.

Təkcə noyabr ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 140,8 min kvadrat metr təşkil edib ki, bu göstərici son bir ayda 6,4% azalıb.

APA-Economics

Digər xəbərlər