Azərbaycanda bu il verilən e-sağlamlıq kartlarının sayı açıqlanıb

Azərbaycanda bu il verilən e-sağlamlıq kartlarının sayı açıqlanıb
# 02 aprel 2021 11:52 (UTC +04:00)

Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 2,1% artıb.

Bunu "APA-Economics"ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, bu ilin yanvar-mart aylarında verilən e-sağlamlıq kartlarının sayı 30 021 ədəd artaraq 1 467 782 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 1035 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 112 653-ə çatıb.

Cari ilin ilk üç ayı ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 3541 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 404 014 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 0,9% üstələyir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR