Azərbaycanda bu ilin sonunadək Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin sınaqlarına başlanacaq

Azərbaycanda bu ilin sonunadək Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin sınaqlarına başlanacaq
# 20 oktyabr 2020 12:45 (UTC +04:00)

"Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazovun rəsmi mətbuatda dərc olunmuş və 20 oktyabr – Energetika gününə həsr edilmiş məqaləsində deyilir.

Nazir bildirib ki, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib: "2020-ci ilin sonuna kimi "ASAN xidmət" tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR