Azərbaycanda dəmir yolları ilə tranzit yükdaşımalar artıb, beynəlxalq daşımalar azalıb

Azərbaycanda dəmir yolları ilə tranzit yükdaşımalar artıb, beynəlxalq daşımalar azalıb
  • Clock-gray 12:26
  • calendar-gray 03 Mart 2021

Ötən il "Azərbaycan Dəmir yolları" QSC üzrə beynəlxalq yükdaşımalar 7 683,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 5,5% azdır.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, QSC üzrə tranzit yükdaşımaların həcmi 4 130,8 min manat təşkil edib ki, bu da illik ifadədə 8,8% çoxdur.

Məlumata görə, hesabat dövründə daxili yükdaşımalar 2 817,3 min ton olub (-14,5%).

Qeyd olunur ki, ötən il Azərbaycanda dəmir yolu ilə 14 631,5 min ton yük daşınıb. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,9% azdır.

Emil İsmayılov

Digər xəbərlər