Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 48% artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 48% artıb
# 19 dekabr 2019 11:13 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 13,9 mln. ton yük, 3,7 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7%, sərnişin daşınmasında isə 48,2% artım müşahidə olunub.

Məlumata əsasən, hesabat dövründə orta hesabla sutkada 298 vaqon yüklənib, 430 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR