Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar azalıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar azalıb
# 16 dekabr 2020 16:16 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 13,3 mln. ton yük, 1 988,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,2%, sərnişin daşınmasında isə 46,7% azalma müşahidə olunub.

Məlumata görə, hesabat dövrü orta hesabla sutkada 282 vaqon yüklənilib, 387 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR