Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar kəskin artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar kəskin artıb
  • Clock-gray 13:08
  • calendar-gray 26 Mart 2020

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,3 mln. ton yük, 838,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 7,2%, sərnişin daşınmasında isə 72,3% artım müşahidə olub.

Məlumata görə, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 1,0 min ton yüklənmə işi yerinə yetirilib.

Emil İsmayılov

Digər xəbərlər