Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb

Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb
# 17 noyabr 2020 17:25 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 12 mln. ton yük, 1 828,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,9%, sərnişin daşınmasında isə 38,4% azalma müşahidə olunub.

Məlumata əsasən, orta hesabla sutkada 304 vaqon yüklənib, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,6 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton həcmində yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR