Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb
  • Clock-gray 12:05
  • calendar-gray 21 Yanvar 2021

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi əvvəlki ilə nisbətən 0,2% artaraq 5 981,9 min ton edib və.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə,hesabat dövrü daşınmış yüklərin 34,7%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 8 781,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bu yüklərin 8 186,0 min tonunu (93,2%-i) tranzit yüklər təşkil edib.

"2021-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 238,6 min ton olub", - məlumatda qeyd edilir.

Ötən il dəniz nəqliyyatı ilə  daşınmış sərnişinlərin sayı 2019-cu ilə nisbətən 8,1% azalaraq 20,4 min nəfər olub.

Emil İsmayılov

Digər xəbərlər