Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşıma 5%-dən çox artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşıma 5%-dən çox artıb
# 24 avqust 2020 11:35 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 520,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 32,8%-ni neft yükləri təşkil edib.

Hesabat dövründə dəniz limanları tərəfindən 5 206,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 962,5 min tonunu və ya 95,3%-ni tranzit yüklər təşkil edib. 2020-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 139,2 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 5,4% artaraq 11,8 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR