Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb

Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb
# 06 avqust 2020 14:13 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 6,1% azalaraq 292 ədəd təşkil edib. Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 98,3%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, iyul ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 11 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 7 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2582 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,1%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 121 hesabat təqdim edilib. Yanvar-iyul ayları ərzində Azərbaycanın internet seqmentində 29 domen və 84 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR