Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik səviyyəsi araşdırılacaq

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik səviyyəsi araşdırılacaq
  • Clock-gray 12:55
  • calendar-gray 24 İyun 2020

Yaxın bir ay ərzində Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik indeksini hazırlamaq məqsədilə yeni elektron sorğu sistemi tətbiq olunacaq.

Bu barədə "APA-Economics"ə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Mərkəzdən qeyd ediblər ki, indeksin optimal və real olması üçün hesablanma metodologiyası üzərində testlər aparılıb: "İndeksin hesablanması özü bir araşdırma və uyğunlaşdırma mövzusudur. Xüsusən də, təhlükələrin, hücumların dəyərləndirilməsi və indeksdə bu göstəricilərin rəqəm olaraq nəzərə alınması olduqca vacibdir".

Yeni sorğu sistemində iki yeni modul tətbiq olunub ki, onlar vasitəsilə dövlət qurumlarının kibertəhlükəsizlik səviyyəsinin nə dərəcədə effektiv olduğunu və bu göstərici üzrə neçənci yerdə qərarlaşdığını görmək olacaq.

Yeni elektron sorğu sistemi vasitəsilə qurumlarda keçiriləcək təhlükəsizlik auditindən sonra dövlət qurumlarının kibertəhlükəsizlik reytinqi dərc olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər