Azərbaycanda e-imza sertifikatının sifarişi onlayn şəkildə təşkil olunub

Azərbaycanda e-imza sertifikatının sifarişi onlayn şəkildə təşkil olunub
# 09 aprel 2020 15:02 (UTC +04:00)

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına əsasən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə elektron imza (e-imza) sertifikatının sifarişi onlayn şəkildə təşkil olunub.

"APA-Economics"ə Milli Sertifikat Xidmətləri Mərkəzindən bildirilib ki, elektron imza sertifikatlarını http://e-imza.az saytındakı mövcud olan "Elektron müraciət" bölməsindən sifariş etmək olar.

Sifarişçi onlayn qaydada sifariş etdiyi e-imza sertifikatını, ərizəsində göstərilən yaşadığı yerə yaxın olan, "Azərpoçt"un poçt filiallarındakı qeydiyyat mərkəzlərindən əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR