Azərbaycanda elektrik qatarlarının marşrutu Ağstafayadək uzadılacaq

Azərbaycanda elektrik qatarlarının marşrutu Ağstafayadək uzadılacaq
  • Clock-gray 13:21
  • calendar-gray 17 Dekabr 2019

“Azərbaycan Dəmir Yolları” QSC elektrik qatarlarının marşrutunu Ağstafaya qədər uzatmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Azərbaycan dəmir yollarında stabil cərəyandan dəyişən cərəyan keçilir. Böyük Kəsikdən Gəncəyə qədər olan ərazini dəyişən cərəyana keçirilməsi 5-6 ay vaxt tələb edir. Çalışacağıq ki, 2 ay ərzində Ağstafaya gedən qatarların sürətini tənzimləyib, açaq”, - deyə C. Qurbanov qeyd edib.

Ağstafadan Qazaxa 15 km-lik məsafədir və QSC-in sədrinin fikrinə görə, Ağstafa yolu yaxşı işləsə Qazax sakinləri də bu yoldan istifadə edə bilər: “Qazax stansiyası hələlik istifadəyə verilmir, çünki o intensiv deyil və xərcləri var. Stansiya öz xeyrini ödəmədiyi üçün bu məsələ bir qədər çətin olacaq”.

Bundan başqa, onun sözlərinə görə, Şahdağa çəkiləcək dəmiryolu xəttinin layihələndirilməsinə başlanılıb. Bunun üçün artıq 3 mln. manat pul ayrılıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date