Azərbaycanda elektron sağlamlıq kartı alanların sayı ötən il 3,5% artıb

Azərbaycanda elektron sağlamlıq kartı alanların sayı ötən il 3,5% artıb
# 08 yanvar 2021 11:17 (UTC +04:00)

Ötən il Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı 2019-cu illə müqayisədə 3,5% artıb.

Bu barədə "APA-Economics"ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildirilib.

Mərkəzdən verilən məlumata görə, ötən il ərzində verilən e-sağlamlıq kartlarının sayı 49 480 ədəd artaraq 1 437 761 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq verilən kartların sayı 1323 ədəd və ya 1,9% azalıb. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 111 618 ədəd təşkil edib.

Ötən il ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 17 149 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 400 473 e-kart verilib ki, bu da 2019-ci ilin göstəricisini 4,5% üstələyir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR