Azərbaycanda elektron sağlamlıq kartı alanların sayı ötən il 4,2% artıb

Azərbaycanda elektron sağlamlıq kartı alanların sayı ötən il 4,2% artıb
# 07 yanvar 2020 16:05 (UTC +04:00)

Ötən il Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı 2018-ci illə müqayisədə 4,2% artıb.

Bunu "APA-Economics"ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, ötən il ərzində verilən e-sağlamlıq kartlarının sayı 55 971 ədəd artaraq 1 388 281 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 5 436 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 112 941-ə çatıb.

Ötən il ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 61 579 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 383 324 e-kart verilib ki, bu da 2018-ci ilin göstəricisini 19,1% üstələyir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR