Azərbaycanda elektron tullantıların utilizasiyası ilə bağlı araşdırmalar aparılır

Azərbaycanda elektron tullantıların utilizasiyası ilə bağlı araşdırmalar aparılır
# 22 sentyabr 2020 12:02 (UTC +04:00)

Azərbaycanda elektron tullantıların utilizasiyası ilə bağlı araşdırmalar aparılır.

Bunu "APA-Economics"ə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə fəaliyyət göstərən potensial rezidentləri cəlb etmək məqsədilə danışıqlar aparılır.

"Əsas məqsədimiz qeyd olunan sahə ilə maraqlanan sahibkarları cəlb etməkdir. Hazırda biz Türkiyə müəssisələri ilə üçtərəfli müqaviləyə əsasən bu tullantıların utilizasiyası ilə məşğuluq. Müqaviləyə görə, elektron tullantılar toplanaraq utilizasiya üçün göndərilir Türkiyəyə. Lakin gələcək planlarımıza Azərbaycanda bu işlərin qurulması daxildir. Bu məqsədlə beynəlxalq ekspertlər cəlb olunaraq araşdırmalar aparılır", - deyə E. Abbasov qeyd edib.

ASC-nin İdarə Heyətinin sədri əlavə edib ki, əsas məqsəd bu işlərin dövlət tərəfindən deyil, özəl sahibkarlar tərəfindən təşkilidir, "Təmiz şəhər", öz növbəsində, lazımı dəstəyi verməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR