Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb
# 01 aprel 2021 16:04 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanın ".az" domenində olan saytların hər 141-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 262-si fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,71%-nı təşkil edir. Bu göstərici üzrə son mart ayı ərzində fevral ayı ilə müqayisədə 52,3% artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36,9 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 23, Rusiyada – 34, Belarusda – 507, Latviyada – 6, Litvada – 64, Estoniyada – 199, Qazaxıstanda – 682, Özbəkistanda – 236, Tacikistanda – 172, Qırğızıstanda – 369, Gürcüstanda – 65, Ermənistanda isə 216 sayta bir uğurlu fişinq hücumu düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR