Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək

Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
  • Clock-gray 11:30
  • calendar-gray 03 Mart 2021

Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək.

APA-Economcis”in məlumatına görə, bunu “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar son bir ildə şirkətin fəaliyyətinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər ödənişləri təmassız texnologiyanı dəstəkləyən bank kartları vasitəsilə aparmaq imkanı əldə edəcəklər: “Kartı olmayanlar isə onları köşklərdən əldə edə biləcək. Hazırda pilot olaraq bu layihə Şamaxıda icra olunur”.

E. Çakar həmçinin əlavə edib ki, hazırda ölkədə mobil telefonla bir sıra texnologiya vasitəsilə ödənişlərin aparılması populyarlaşır. Bu, son 5 ildə ödəniş sistemlərinin ən önəm verdiyi sahələrdən biridir: “Bir çox banklarda bu istiqamətdə yeniliklərin tətbiq olunacağı gözlənilir. Qeyd edim ki, 2020-ci ilin sonuna Azərbaycanda nağdsız şəkildə aparılan əməliyyatlarda təmassız ödənişlər 65%-ə çatıb”.

Hüseyn Vəliyev

Digər xəbərlər