Azərbaycanda ilk sosial yönümlü keşbek ianə sistemi yaradılıb

Azərbaycanda ilk sosial yönümlü keşbek ianə sistemi yaradılıb
  • Clock-gray 15:51
  • calendar-gray 24 İyun 2020

Azərbaycanın "Spendonate" adlı startapı ilk keşbek ianə sistemi yaradıb ki, onun üzərindən alış-veriş edilərkən qazanılan bonus məbləğini sosial layihələrə yönəltmək olar.

Bunu "APA-Economics"ə layihənin rəhbəri İlqar Tağıyev deyib.

Onun sözlərinə görə, bunun üçün istifadəçilər eyni adlı mobil əlavə vasitəsilə müxtəlif sosial yönümlü kampaniyalar yaradıb, onlar barədə yaxınlarını məlumatlandıra bilərlər: "Məsələn, yaxın adamın övladı universitetə daxil olub, lakin təhsil haqqını ödəməyə çətinlik çəkir. Tələbənin adına kampaniya yaradıla bilər ki, insanlar qazandıqları keşbeki məhz bu kampaniyaya yönəltsinlər".

İ. Tağıyev həmçinin əlavə edib ki, gələcəkdə sistem üzərindən geyim əşyalarını, həmçinin birbaşa bank kartından ianə etmək funksiyası da işə salınacaq.

"Bundan başqa perspektivdə "Spendonate"ın beynəlxalq sistemlərlə inteqrasiyası, istifadəçilərə bonus məbləğləri ölkə hüdudundan kənarda icra edilən sosial layihələrə yönəltməyə imkan yaradacaq. Bundan başqa, biz hazırda BMT-nin İnkişaf Proqramı və “SOS Uşaq Kəndləri” ilə bir sıra maraqlı layihələrin icrası ilə bağlı danışıqlar aparırıq", - deyə İ. Tağıyev bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər