Azərbaycanda internet istifadəçiləri Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər

Azərbaycanda internet istifadəçiləri Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər
# 02 iyun 2020 12:38 (UTC +04:00)

Azərbaycanda internet istifadəçiləri öz Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər.

Bunu "APA-Economics"ə "Akhundoff Group"un təsisçisi və İdarə Heyətinin sədri Telman Axundov deyib.

Onun sözlərinə görə, "WinFi" adlandırılan layihə artıq akselerasiyanı keçib və istifadəçilərin ixtiyarına verilib.

""WinFi" insanların həm öz Wi-Fi-nı paylaşmasına, həm də Wi-Fi üzərindən internetə qoşulmasına imkan verən layihədir. İstənilən şəxs öz Wi-Fi-nı paylaşaraq pul qazanmaq imkanına sahib olur. Bunun üçün iki mobil tətbiq mövcuddur: "WinFi Owner" və "WinFi User"", - deyə T. Axundov qeyd edib.

Qeyd edək ki, hazırda qeyd edilən mobil tətbiqlər "Google Play" və "App Store"də aktivdir. Wi-Fi paylaşmaq və şəbəkəyə qoşulmaq üçün əlavə cihazdan və qurğudan istifadə etmək tələb olunmur. Burada yalnız qeyd olunan iki mobil tətbiqdən istifadə etmək kifayətdir.

Wi-Fi sahibi "WinFi Owner" tətbiqi vasitəsilə öz Wi-Fi-nı paylaşır. İstifadəçi "Winfi User" tətbiqi vasitəsilə kiçik bir gündəlik haqq ödəyərək bütün "WinFi" nöqtələrindən istifadə etmək və internetə qoşulmaq hüququna sahib olur. İstifadəçilər "WinFi" nöqtələrinə qoşulmaqla limitsiz internet əldə edirlər.

Qeyd edək ki, bu startap layihə İnnovasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Biznes İnkubasiya Mərkəzinin keçirdiyi Pre-akselerasiya proqramında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR