Azərbaycanda iri şirkətlərə məlumatların bərpası xidməti təklif olunacaq

Azərbaycanda iri şirkətlərə məlumatların bərpası xidməti təklif olunacaq
  • Clock-gray 13:30
  • calendar-gray 24 Fevral 2020

"AzInTelecom" MMC bu ilin aprelin sonunadək iri şirkətlər üçün nəzərdə tutulan "Disaster recovery-as-a-service" (DRaaS) xidmətini istifadəyə verəcək.

Bunu "APA-Economics"ə "AzInTelecom" MMC-nin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, əgər bundan öncə təklif edilən "Backup as a Service" (BaaS) məlumatların aktiv və passiv emalı üçün nəzərdə tutulurdusa, DRaaS xidməti məlumatların aktiv şəkildə emalını təmin etməyə imkan yaradacaq.

"Bildiyiniz kimi, "isti" və "soyuq" məlumatlar anlayışı var. Qeyd etdiyim xidmət əsasən "isti" məlumatlar üçün nəzərdə tutulur. "Soyuq" məlumatlar deyərkən isə şirkətə zəruri olmayan müəyyən məlumatlardan gedir ki, onları silmək yox arxivləşdirmək gərəkdir. Bunun üçün biz arxivləşdirmə xidmətini də təklif edəcəyik. Təklif edəcəyimiz xidmətlər müştərilərə öz vəsaitlərini qənaət etmələrinə imkan yaradacaq", - deyə R. Əliyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date