Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 5% artıb - CƏDVƏL

Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 5% artıb - CƏDVƏL
# 22 yanvar 2020 13:24 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 2018-ci ilə nisbətən 5% artaraq 771,7 milyon manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ölkədə tikinti əhənginin, hörmə üçün hazır beton qarışığının, tikinti kərpicinin istehsalı artıb, sementin istehsalı, betondan yığma tikinti konstruksiyalarının, tikinti gipsinin istehsalı isə azalıb.

Tikinti materiallarının istehsalı:

Məhsul növləri

2019-cu ilin yanvar-dekabr aylarında istehsal olunub

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Sement, min ton

3 996,2

98,6

77,8

Tikinti gipsi, min ton

14,2

34,9

2,1

ondan əmtəəlik

14,1

146,8

2,1

Tikinti əhəngi, min ton

43,1

139,7

3,8

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton

83,1

129,6

46,7

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

49,3

57,8

5,6

Asfalt, min ton

418,8

144,3

-

Tikinti kərpici, min kub metr

440,3

128,2

14,5

Hörmə üçün hazır beton qarışığı, min ton

1 815,6

128,9

-

Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton

37 811,0

112,1

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR