Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 38% azalıb

Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 38% azalıb
# 19 mart 2021 18:10 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 274 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 38,1% azdır. Belə ki, ötən ilin yanvar-fevralında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 442,7 min kvadrat metr təşkil edib.

Qeyd edək ki, ötən il ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında yaşayış evlərinin tikintisinə 120,4 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 44,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR