Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 56% azalıb

Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 56% azalıb
# 19 fevral 2021 09:57 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat ayın ölkədə ümumi sahəsi 135 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 56,1% azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə isə 64,6% çoxdur. Belə ki, dekabrda ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 82 min kvadrat metr təşkil edib.

Qeyd edək ki, ötən il ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.

Xatırladaq ki, cari ilin yanvar ayında yaşayış evlərinin tikintisinə 60,3 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 49,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR