Azərbaycanda jurnalistlər üçün innovasiya həftəsinə həsr olunmuş müsabiqə keçirilir

Azərbaycanda jurnalistlər üçün innovasiya həftəsinə həsr olunmuş müsabiqə keçirilir
# 09 dekabr 2020 16:15 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azercell Telekom” MMC-nin dəstəyi ilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”yə həsr olunmuş müsabiqə elan edir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müsabiqə “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında, Ən yaxşı veriliş, Ən yaxşı TV süjet və Ən yaxşı məqalə nominasiyaları üzrə keçirilir.

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim olunmalıdır.

Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 29 dekabr tarixində açıqlanacaq.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR