Azərbaycanda kompüter satışları artıb

Azərbaycanda kompüter satışları artıb
# 12 fevral 2021 15:39 (UTC +04:00)

Bu ilin yanvar ayında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 21,9 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,3% və ya 0,7 mln. manat artıb.

Cari ilin yanvar ayında satışlar ötən ilin dekabr ayı ilə müqayisədə isə 62,2% və ya 36 mln. manat azalıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR