Azərbaycanda koronavirusa görə avtobus və taksilərdən istifadə edənlərin sayı azalıb

Azərbaycanda koronavirusa görə avtobus və taksilərdən istifadə edənlərin sayı azalıb
# 31 may 2020 12:45 (UTC +04:00)

Azərbaycanda yanvar-aprel aylarında avtobuslarla 440 016,5 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-aprel aylarında avtobus nəqliyyatı ilə 528 612,3 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 17 319,9 min nəfər istifadə edib ki, bu da illik ifadədə 18,9% azdır.

Qeyd edək ki, Azərbaycanda yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 457,3 mln. sərnişin daşınıb (16,8%-lik azalma).

Xatırladaq ki, sözügedən azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR