Azərbaycanda masaüstü kompüterlərin satışı artıb

Azərbaycanda masaüstü kompüterlərin satışı artıb
  • Clock-gray 10:00
  • calendar-gray 01 İyun 2020

Bu ilin may ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı aprel ayı ilə müqayisədə 5,7 faiz bəndi azalıb

"APA-Economics"in "Global Stats" Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı iyunun 1-nə 57% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin may ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı aprel ayı ilə müqayisədə 5,9 faiz bəndi artaraq iyunun 1-nə 41,8% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3 faiz bəndi azdır.

Hesabatda iyun ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,08% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,5 faiz bəndi azdır. Bu seqment üzrə bu ilin may ayı ərzində (aprel ayı ilə müqayisədə) 0,2 faiz bəndi azalma müşahidə olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər