Azərbaycanda məktəbəqədər hazırlıq üçün yeni layihəyə başlanılır

Azərbaycanda məktəbəqədər hazırlıq üçün yeni layihəyə başlanılır
  • Clock-gray 12:05
  • calendar-gray 03 İyun 2020

Azərbaycanda uşaqların məktəbəqədər hazırlığı üçün nəzərdə tutulan “ABC planet” layihəsinə start veriləcək.

Bunu “APA-Economics”ə İnnovasiya Agentliyinin startaplara dəstək və akselerasiya şöbəsinin proqram koordinatoru Zaur Ünsizadə deyib.

Onun sözlərinə görə, təklif olunacaq xüsusi tətbiq uşaqlara yeni metodologiya ilə əlifbanı öyrənməyə imkan yaradacaq.

“Hazırda “ABC planet”in “Android” versiyası hazırdır. Çox güman ki, bu ayın ortalarına layihənin “iOS” platforması üçün də nəzərdə tutulan əlavəsi də hazır olacaq. Bundan sonra layihəyə start veriləcək”, - deyə Z. Ünsizadə qeyd edib. 

Agentliyin rəsmisi əlavə edib ki, hazırda Azərbaycanın "ABC planet" startapı Silikon Vadisində fəaliyyət göstərən “Draper” Universiteti və "Scaleink" onlayn biznesin inkişafı platformasının təşkil etdiyi beynəlxalq sertifikasiya proqramına qəbul edilib: “Layihə 15 iyunadək bu proqramda iştirak edəcək və daha da təkmilləşdiriləcək. Layihə 30-luğa düşdüyü təqdirdə 100 min ABŞ dolları məbləğdə investisiya qazana bilər”.

Hüseyn Vəliyev

Digər xəbərlər