Azərbaycanda mobil internetin sürəti sentyabrda 35 Mbit/saniyədən çox olub

Azərbaycanda mobil internetin sürəti sentyabrda 35 Mbit/saniyədən çox olub
# 20 oktyabr 2020 10:01 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 35,11 Mbit/s-ə təşkil edib.

"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, bu göstərici avqust ayı ilə müqayisədə 6,4% artıb.

Sentyabrda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti avqust ayının göstəricisi ilə müqayisədə 8,2 artaraq 16,07 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 35,96 Mbit/s və 11,22 Mbit/s təşkil edib.

Sentyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 60-cı yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (121 Mbit/s), Çin (113,35 Mbit/s) və BƏƏ (109,43 Mbit/s) daxil olub.

Reytinqə əsasən, sentyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 23,48 Mbit/s, çıxış sürəti isə 25,22 Mbit/s təşkil edib. Bu göstəricilər avqust ayı ilə müqayisədə müvafiq olaraq 5,3 və 7,4% artıb.

Sentyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 175 ölkə arasında 111-cı yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (226,63 Mbit/s), Honkonq (210,73 Mbit/s) və Rumıniya (193,47 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 85,73 Mbit/s və 45,74 Mbit/s olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR