Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 2,3% artıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 2,3% artıb
# 13 noyabr 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 754,4 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,9%-ni təşkil edib.

"Cari ilin 10 ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 801,1 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 73,2%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 1,4% artıb", - deyə komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR