Azərbaycanda mobil və sabit internetin sürəti fevralda artıb

Azərbaycanda mobil və sabit internetin sürəti fevralda artıb
  • Clock-gray 10:27
  • calendar-gray 16 Mart 2021

Bu ilin fevral ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 35,18 Mbit/s təşkil edib.

"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar ayı ilə müqayisədə 7,3% artıb.

Cari ilin fevralında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti yanvar ayının göstəricisi ilə müqayisədə 7,2 artaraq 15,91 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 46,94 Mbit/s və 12,49 Mbit/s təşkil edib.

Fevral ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 141 ölkə arasında 4 pillə irəliləyərək 64-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (177,16 Mbit/s), Qətər (171,15 Mbit/s) və Cənubi Koreya (166,41 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin fevral ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 23,41 Mbit/s, çıxış sürəti isə 25,57 Mbit/s təşkil edib. Bu göstəricilər ötən ilin dekabr ayı ilə müqayisədə müvafiq olaraq 3 və 4,4% artıb.

Fevral ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 175 ölkə arasında 2 pillə geriləyərək 119-cu yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (238,59 Mbit/s), Honkonq (231,70 Mbit/s) və Tailand (217,70 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 97,52 Mbit/s və 51,79 Mbit/s olub.

Hüseyn Vəliyev

Digər xəbərlər