Azərbaycanda nanotexnologiyalı qoruyucu boya istehsal ediləcək

Azərbaycanda nanotexnologiyalı qoruyucu boya istehsal ediləcək
# 08 iyul 2020 17:59 (UTC +04:00)

AMEA Yüksək Texnologiyalar Parkının nəzdində nanotexnologiyalı qoruyucu boya istehsalı layihəsinin icrası ilə bağlı müzakirələr aparılıb.

Texnoparkdan “APA-Economics”ə verilən məlumata görə, “Dəmir-Texnika Mərkəzi” və “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası”nın nümayəndəliyi ilə keçirilən görüşdə, qeyd olunan layihənin icrası ilə bağlı detallar, gələcək planlar nəzərdən keçirilib, gözlənilən nəticələr haqqında ətraflı məlumat verilib.

Görüşdə iştirak edən layihənin Hollandiyada olan tərəfdaşı “Eninco Engineering B.V.” şirkətinin direktoru Arezoo Assarian təklif edilən texnologiyanın elmi-texnoloji yenilik olduğunu və dünyanın aparıcı ölkələrində bu sahədə aparılan araşdırmalardan danışdı.

O, şirkət tərəfindən layihənin Azərbaycanda həyata keçirilməsi qərarının verilməsində bu amilin mühüm rol oynadığını bildirdi.

Görüşün yekununda tərəflər layihənin həyata keçirilməsində maraqlı olduqlarını və layihənin AMEA Yüksək Texnologiyalar Parkında icrası istiqamətində tərəf olaraq üzərinə düşən öhdəliklərin yerinə yetiriləcəyinə qərar verdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR