Azərbaycanda noutbukların bazar payı azalıb

Azərbaycanda noutbukların bazar payı azalıb
  • Clock-gray 13:32
  • calendar-gray 03 Yanvar 2020

2019-cu ilin dekabr ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 2,3 faiz bəndi azalıb.

APA-Economics”in “Global Stats” Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı 2020-ci ilin yanvarın 1-nə 51,2% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, ötən ilin dekabr ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı noyabr ayı ilə müqayisədə 2,4 faiz bəndi artaraq bu ilin yanvar ayının 1-nə 47,5% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2 faiz bəndi çoxdur.

Hesabatda 2020-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,23% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,54 faiz bəndi azdır. Bu seqment üzrə 2019-cu ilin dekabr ayı ərzində (noyabr ayı ilə müqayisədə) 0,16 faiz bəndi azalma müşahidə olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date