Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşımaları kəskin azalıb

Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşımaları kəskin azalıb
# 17 mart 2021 17:17 (UTC +04:00)

Azərbaycanda nəqliyyat sektorunda 2021-ci ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,1% və 47,7% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 30,3 mln. ton yük daşınmışdır. Yüklərin 3%-i dəniz, 8,5%-i dəmir yolu, 0,3%-i hava, 53,5%-i avtomobil nəqliyyatı, 34,7%-i isə boru kəməri ilə daşınmışdır.

“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 14% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,5% təşkil edib”, - komitədən bildirilib.

Məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 162,3 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8%-i avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR