Azərbaycanda ötən il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 48% azalıb

Azərbaycanda ötən il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 48% azalıb
# 21 yanvar 2021 15:10 (UTC +04:00)

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə 47,6% azdır.

Təkcə dekabr ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 82 min kvadrat metr təşkil edib ki, bu göstərici noyabr ayə ilə müqayisədə 41,7% azalıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 367,3 mln. manat investisiya yatırılıb. Bu rəqəm son bir ildə 2,9% artıb.

Xatırladaq ki, istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinə mənzildəki bütün otaqların, mətbəxlərin, dəhlizlərin, sanitar qovşaqlarının, vanna və qarderobların, anbarların, eyvanların, lociyaların və digərlərin sahələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR