Azərbaycanda ötən ilin əsas kiberriskləri açıqlanıb

Azərbaycanda ötən ilin əsas kiberriskləri açıqlanıb
# 26 fevral 2021 10:20 (UTC +04:00)

2020-ci ildə Azərbaycandakı fərdi istifadəçilərin 44%-i, korporativ istifadəçilərin isə 35%-i lokal təhdidlərlə (kompüterlərdə və ya USB fleş və yaddaş kartlarında, xarici sərt disklərdə və s. aşkarlanan təhdidlər) qarşılaşıblar.

APA-Economics”in məlumatına görə, bu barədə “Kaspersky” şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, fərdi istifadəçilərin 11%-i, korporativ istifadəçilərin isə 7%-i internetdə yoluxma riskinə məruz qalıb. Ötən il bank troyan proqramları Azərbaycan istifadəçilərinə nisbətən daha tez-tez hücumlar etməyə başlayıb.

“Kaspersky” həlləri il ərzində fişinq saytlarına təxminən 495 min giriş cəhdinin qarşısını alıb. Sözügedən mənbələrin təxminən beşdə biri skama aid olub. Bu termin təcavüzkarların istifadəçini pul mükafatı vədi ilə saxta səhifəyə cəlb etdiyi reklamları ehtiva edir. Təklifin real görünməsi üçün saxta ödənişlərin miqdarı şişirdilmir. İstifadəçi sorğunun və ya anketin bütün mərhələlərini keçdikdə, ondan "sabit ödəniş" istənilir. Nəticədə, o, heç bir pul almır və ödənilən “komissiya” təcavüzkarların hesabına köçür.

“Lokal təhdidlər hələ də ümumi mənzərənin əhəmiyyətli bir hissəsini tutur. Ötən il Azərbaycanda ev istifadəçilərinin demək olar ki, yarısı və korporativ istifadəçilərin üçdə birindən çoxu onlarla qarşılaşıb. Bu, çox vaxt rəqəmsal savadlılığın aşağı olmasından qaynaqlanır. Bu səbəbdən də kibertəhdidlər barədə məlumatlandırma ehtiyacının həm korporativ işçilər, həm də ev istifadəçiləri üçün aktual olduğuna inanırıq. Lazımi bacarıqları inkişaf etdirmək üçün praktiki tapşırıqlara yönələn təlimlər müəssisənin informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə biləcək bir tədbirdir”, - deyə “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR