Azərbaycanda radioelektron vasitələrin və radiotezliklərin vahid reyestri yaradılır

Azərbaycanda radioelektron vasitələrin və radiotezliklərin vahid reyestri yaradılır
  • Clock-gray 10:58
  • calendar-gray 04 Dekabr 2019

Azərbaycanda radioelektron vasitələrin və radiotezliklərin vahid reyestri yaradılır.

Bunu "APA-Economics"ə Dövlət Radiotezliklər İdarəsindən (DRİ) deyiblər.

İdarədən bildirilib ki, söhbət mərkəzləşdirilmiş qaydada uçotda olan radioelektron vasitələrin reyestrindən gedir, hansı ki, özündə istifadəçilər, göstərilən xidmətlər və radioelektron vasitələrin texniki parametrləri haqqında məlumat bazasını birləşdirəcək.

"Bu baza mərkəzləşmiş qaydada birinci mərhələdə toplanıb, gələcəkdə radioelektron və yaxud tezlik istifadəçilərinin şəxsi kabinetini də istifadəyə verməyi düşünürük. Məsələn, hər hansı bir operator öz şəxsi kabinetinə daxil olub, özünün istismar etdiyi radiotezlik resurslarını və radioelektron vasitələrini idarə edə biləcək, - deyə DRİ-dən bildirilib.

İdarədən həmçinin əlavə ediblər ki, hazırda bu prosedur elektronlaşdırılmayıb və məktublar formasında həyata keçirilir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date