Azərbaycanda son 5 ildə taksofonların sayı kəskin azalıb

Azərbaycanda son 5 ildə taksofonların sayı kəskin azalıb
  • Clock-gray 17:00
  • calendar-gray 16 Sentyabr 2020

2019-cu ildə Azərbaycanda taksofonların sayı 2018-ci ilə nisbətən 27,8% azalaraq bu ilin yanvarın 1-nə 434 ədəd təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, 2015-2019-cu illər ərzində ölkə üzrə taksofon parkı 392 ədəd və ya 47,4% azalıb.

Qeyd edək ki, taksofonların əksəriyyəti paytaxtın ictimai yerlərində, ölkə ərazisində isə hərbi hissələrdə qurulub.

Hüseyn Vəliyev

Digər xəbərlər