Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb
# 18 mart 2021 12:21 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-fevral aylarında avtobuslarla 150 282,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 42,3% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-fevral aylarında avtobus nəqliyyatı ilə 260 359,2 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərinin 11 658,2 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 16,5% çoxdur. 2020-ci ilin yanvar-fevralında taksi xidmətlərindən 10 008 min nəfər istifadə edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 161 941 mln. sərnişin daşınıb, bu isə 40,1% azdır.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır.

Azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR