Azərbaycanda tikinti materiallarının istehsalı 4,5% azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı 4,5% azalıb
# 12 iyun 2020 13:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 264,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 3,6 dəfə, tikinti kərpicinin istehsalı 17,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 4,4% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 0,6%, sementin istehsalı 6,2%, tikinti əhənginin istehsalı 37,2%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8%, asfaltın istehsalı 48%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 74,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR