Azərbaycanda tikinti materiallarının istehsalı yanvar-avqustda 2% azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı yanvar-avqustda 2% azalıb
# 16 sentyabr 2020 15:48 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 497,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,7 dәfә, tikinti kәrpicinin istehsalı 26,3%, hörmә üçün hazır beton qarışığının istehsalı 9,6% artıb, sementin istehsalı 1,6%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 24,7%, tikinti әhәnginin istehsalı 33,8%, emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 35,6%, asfaltın istehsalı 46,2%, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 57,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR