Azərbaycanda verilən e-sağlamlıq kartlarının sayı artıb

Azərbaycanda verilən e-sağlamlıq kartlarının sayı artıb
  • Clock-gray 10:30
  • calendar-gray 07 Aprel 2020

Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 0,1% artıb.

Bunu "APA-Economics"ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, bu ilin yanvar-mart aylarında verilən e-sağlamlıq kartlarının sayı 11 065 ədəd artaraq 13 893 876 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 1 399 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 114 340-a çatıb.

Cari ilin ilk üç ayı ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 5 933 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 389 257 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 1,5% üstələyir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.

Hüseyn Vəliyev

Digər xəbərlər