Azərbaycanda yaşayış evlərinin tikintisinə sərmayə qoyuluşu 32% artıb

Azərbaycanda yaşayış evlərinin tikintisinə sərmayə qoyuluşu 32% artıb
  • Clock-gray 14:00
  • calendar-gray 19 Fevral 2020

Bu ilin yanvar ayı ərzində Azərbaycanda yaşayış evlərinin tikintisinə 118,7 mln. manat sərmayə qoyulub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu sahəyə sərmayə qoyuluşu illik müqayisədə 31,9% artıb.

Bu müddətdə ümumilikdə sahəsi 307,4 min kvadrat metr olan yaşayış evləri istifadəyə verilib. Bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Qeyd edək ki, istifadəyə verilmiş yaşayış evlərinin sahəsinə dair məlumatlarda müşahidə olunan kəskin artım “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına əsasən, əvvəlki illərdə tikilmiş və müəyyən səbəblərə görə istismarına icazə verilməmiş bəzi çoxmənzilli binaların cari ilin hesabat dövründə istismarına icazə verilməsi ilə bağlı olub.

Xidmət sahələrinə investisiya qoyuluşu isə ötən ilin yanvar ayı ilə 15% azalaraq cari ilin birinci ayında 174,3 mln. manat, məhsul istehsalı sahələrinə investisiyalar isə 19,2% artaraq 703,7 mln. manat təşkil edib. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çox vəsait yönəldilib. Bu artım daha çox neft-qaz sektoruna yatırılmış investisiyaların artması (28,8%) ilə bağlı olub, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi də 1% artıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date