Azərbaycanın 36 dövlət qurumu "Hökumət buludu"na inteqrasiya olunacaq - FOTO

Azərbaycanın 36 dövlət qurumu "Hökumət buludu"na inteqrasiya olunacaq - FOTO
# 18 mart 2021 11:34 (UTC +04:00)

“AzInTelecom” MMC-nin təşəbbüsü ilə 2021-ci il ərzində “Hökumət buludu”na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə dəyirmi masa görüşləri təşkil olunacaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, görüşlər “Keçid planı” ilə əlaqədar normativ, maliyyə, texniki və digər suallarının cavablandırılması məqsədini daşıyır.

Bildirilib ki, bu günədək Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli “Hökumət buludu”nun (“G-cloud”) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” və 2020-ci il 18 avqust tarixli 1140 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə “Hökumət buludu” (“G-cloud”) Konsepsiyası” və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR